Uşaqlar üçün sosial xidmət müəssisələrinin 400 məzunu evlə təmin ediləcək
2023-2026-cı illər ərzində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 400 məzununun mənzillə təmin ediləcək.
meqale.com xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı"da qeyd edilib.
Proqramın əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçıları isə Elm və Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanlarıdır.