Uşaqların otağındakı bu əşya görməsinə zərər verir

Valideynlər çox zaman uşaq otağında rahat atmosfer yaratmaq üçün noçnikdən (gecə işığı) istifadə edirlər. Lakin zəif gecə işığı uşaqların görmə qabiliyyətinə mənfi təsir göstərə bilər.

Uşaqların otağındakı bu əşya görməsinə zərər verir
Valideynlər çox zaman uşaq otağında rahat atmosfer yaratmaq üçün noçnikdən (gecə işığı) istifadə edirlər. Lakin zəif gecə işığı uşaqların görmə qabiliyyətinə mənfi təsir göstərə bilər.

meqale.com bu əşyanı sizə təqdim edir:

Noçniklər uşaqlara necə zərər verə bilər? Həkimin sözlərinə görə, uşaq otağındakı noçnik zamanla uşaqlarda miopiya - yəni uzağı görməmə problemi yarada bilər.

"Gecəni noçnik və ya zəif işıqla yatan uşaqlarda böyüdükcə miopiya inkişaf etmə riski daha yüksək olur. Amma tam qaranlıq otaqda yatan uşaqlarda bu risk xeyli aşağıdır". O əlavə edir ki, göz qapalı olsa belə, mavi spektrli işıq uşaqların nazik göz qapağı dərisindən keçərək melanopsin hüceyrələrini stimullaşdıra bilər. Bu da uşaqların bioloji saatına - yəni sirkadiyen ritmlərinə təsir edir və nəticədə yuxu pozuntusu və göz sağlamlığında problemlər yarana bilər.

Hansı işıq daha uyğundur? İsti tonlu işıqlar (sarı, qırmızı) daha az zərərlidir və noçnik kimi istifadəyə daha uyğundur. Noçnik çox parlaq və birbaşa uşağın gözünə yönəlibsə, bu, görmə yorğunluğuna səbəb ola bilər, xüsusilə də uşaq gecə oyanarsa və birbaşa işığa baxarsa.

Valideynlərə tövsiyələr: İsti və zəif işıqlı noçniklər seçin (sarı və ya qırmızı tonlar).

Noçniki elə yerləşdirin ki, işıq birbaşa uşağın üzünə düşməsin.