Uzunömürlü insanlar bu 3 qaydaya əməl edirlər

Dan Buetner adlı bir mütəxəssis uzunömürlü insanların yaşadığı əraziləri ziyarət edərək, onların qidalanmalarını müşahidə edib və bir hesabat hazırlayıb.

Uzunömürlü insanlar bu 3 qaydaya əməl edirlər

Mütəxəssisin "Blue Zone" (Mavi bölgə) adı verdiyi bu ərazilərdə uzunömürlü insanların qidalanmalarında bu 3 qaydaya əməl etdikləri deyilir:

Tərəvəz yeyin - Uzunömürlü insanlar əsasən bitkilərlə qidalanırlar, ona görə də bol şəkildə tərəvəz qəbulu vacibdir.

Şəkəri minimuma endirin - uzunömürlü insanların əksəriyyəti sadəcə təbii şəkərdən, onu da az miqdarda qəbul edirlər.

Su için - "Mavi Zona"da yaşayan sakinlərin əsasən su, qəhvə, çay və qırmızı şərab içdiyi qeyd edilib.