Vacib buyurulanları yerinə yetirən mütləq Cənnətə girəcək

Ənəs ibn Malik demişdir: "Bizə Pey­ğəmbərdən - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hər hansı bir şey haqqında (heç bir zərurət olmadan yersiz) sual vermək qadağan edilmişdir. Odur ki, bədəvilərdən ağıllı bir adamın gəlib qulağımız eşidə-eşidə Peyğəmbərə sual ver­mə­si bizə xoş gəlirdi. Bir dəfə bir bədəvi gəlib dedi: "Ey Muhəmməd! Gön­dər­diyin adam yanı­mıza gəldi və söylədi ki, guya sən, Allahın səni insanlara elçi göndər­diyi­ni deyir­sən?" Peyğəmbər: "O, doğru söyləmişdir"- dedi. Adam soruşdu: - Göyü yaradan kimdir? - Allahdır! - Yeri yaradan kimdir? - Allahdır! - Bu dağları dikəldən və onların üstündə yaratdıqlarını yaradan kimdir? - Allahdır! - Səni and verirəm göyü və yeri yaradan, dağları dikəldən Allaha, de gö­rüm, doğrudanmı Allah səni peyğəmbər göndərib? - Bəli! - Göndərdiyin adam gecə və gündüz beş vaxt namaz qılmağın bizə vacib buyurulduğunu söylədi. - Doğru söyləmişdir. - Səni and verirəm səni elçi göndərən Allaha, de görüm, bunu sənə Allah­mı əmr edib? - Bəli! - Göndərdiyin adam malımızdan zəkat verməyin bizə vacib buyuruldu­ğunu söylədi. - Doğru söyləmişdir. - Səni and verirəm səni elçi göndərən Allaha, de görüm, bunu sənə Allah­mı əmr edib? - Bəli! - Göndərdiyin adam hər gələn ilimizdə Ramazan ayını oruc tutmağın bi­zə vacib buyurulduğunu söylədi. - Doğru söyləmişdir. - Səni and verirəm səni elçi göndərən Allaha, de görüm, bunu sənə Allah­mı əmr edib? - Bəli! - Göndərdiyin adam bizlərdən imkanı olan kimsəyə Allahın Evini ziya­rət etməyin vacib buyurulduğunu söylədi. - Doğru söyləmişdir. Ənəs ibn Malik dedi: "Sonra o adam: "Səni haqq ilə göndərən Allaha and olsun ki, mən buna heç nə ar­tır­ma­yacağam və bundan heç nə əskiltməyəcə­yəm"- dedi və dö­nüb getdi. Peyğəm­bər bu­yurdu: "Əgər doğru deyirsə, mütləq Cən­nətə girəcəkdir". (Səhih Muslim).