Vadim Vasilyevin son durumu: “Ola bilər ki, dərmanlar ona bu cür təsir edir”

"Vadimin qan təzyiqini stabil saxlamaq çətindir və tez-tez aşağı düşür".

Vadim Vasilyevin son durumu: “Ola bilər ki, dərmanlar ona bu cür təsir edir”
"Vadimin qan təzyiqini stabil saxlamaq çətindir və tez-tez aşağı düşür".

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçu Vadim Vasilyevin həyat yoldaşı deyib.

O bildirib ki, insult keçirən veteran hücumçunun səhhətində irəliləyiş olmadığı üçün hələ də reanimasiyadır: "Təzyiqi tez-tez dəyişir. Vasilyevin vəziyyət belə olmasaydı, həkimlər bu gün palataya köçürəcəkdilər. O, insultla bağlı müalicə alır. Ola bilər ki, həmin dərmanlar ona bu cür təsir edir".

Qeyd edək ki, 2 gün öncə insult keçirən Vasilyev xəstəxanaya yerləşdirilib.