Vadji “Qarabağ”a qayıda bilər?
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının sabiq futbolçusu, hazırda "Sent-Etyen"də çıxış edən İbrahima Vadjinin mümkün geridönüşündən danışıb.
meqale.com xəbər verir ki, bu barədə o, bu gün "Şamaxı" ilə Misli Premyer Liqasının 19-cu turunun oyunundan (3:2) sonra fikirlərini bildirib.
Mətbuat konfransında Ağdam klubunun baş məşqçisinə belə bir sual ünvanlanıb: "Adətən "Qarabağ"dan gedən futbolçuların geridönüşü bir neçə dəfə müşahidə olunub. İndiki dönəmdə yeni forvardın gəlməsi, komandaya öyrəşməsi zaman ala bilər. Sabiq futbolçularınıza nəzər salsaq, məsələn, İbrahima Vadji var, "Sent-Etyen"də çox da oynamır. Onu ən azından yaya qədər komandaya kömək etmək üçün geri qaytarmaq məsələsi aktual olub?"
Q. Qurbanov isə sözügedən futbolçuya diqqət ayırmadıqlarını bildirsə də, onu transfer siyahısına əlavə edəcəklərini istisna etməyib: "Hələ ki, başqa oyunçuları gözdən keçiririk. Amma Vadji də orada ola bilər".