Van Dammın azərbaycanlı gəlini əri ilə dənizdə - FOTO
Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadə əri Kristoferlə Malibuya tətilə yollanıb.
meqale.com olay-a istinadən bildirir ki, Kristofer sahildən xanımının bikinidə dənizdəki fotolarını çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Hollivud ulduzunun oğlunun sözügedən paylaşımına "Səni sevirəm" qısa şərhini yazıb.
Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun