“Vaqner” Rusiya Qvardiyasının tərkibinə keçdi

"Vaqner" özəl hərbi şirkəti Rusiya Qvardiyasının tərkibinə keçib.

“Vaqner” Rusiya Qvardiyasının tərkibinə keçdi
"Vaqner" özəl hərbi şirkəti Rusiya Qvardiyasının tərkibinə keçib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, "Vaqner" bununla bağlı bəyanat yayıb.

Bildirilib ki, işçilərdən fərdi müqavilə imzalamaq istənilib.

"Vaqner Qrupunun bütün strukturu, iş qaydası və komandirlər eyni qalır", - deyə özəl hərbi şirkət vurğulayıb.

Xatırladaq ki, "Vaqner"in rəhbəri Y.Priqojin avqustun 23-ü Tverdə təyyarə qəzası nəticəsində dünyasını dəyişib.