Varşava konfransında Azərbaycan QHT nümayəndələrindən Ermənistana ÇAĞIRIŞ - VİDEO
Polşada ATƏT sədrinin çağırışı ilə İnsan ölçüsü üzrə Varşava Konfransı davam edir. Oktyabrın 11-də "Tolerantlıq və diskriminasiya əleyhinə" mövzusunda VII plenar sessiyada Qərbi Azərbaycan İcmasının təmsilçisi Pərvanə Vəliyeva, "Qarabağa Dönüş" İB-nin sədr müavini Gülməmməd Məmmədov çıxışlar ediblər.
meqale.com Trend-ə istinadən xəbər verir ki, onlar öz çıxışlarında Ermənistana çağırış edərək, Qərbi azərbaycanlıların öz evlərinə layiqli və dinc şəkildə qayıtmaq hüquqlarını tanımasını istəyiblər.
"Bu gün otuzdan çox etnik və milli azlıq, o cümlədən, mən Azərbaycanı öz evimiz adlandırırıq. Biz bərabərhüquqlu vətəndaşlar kimi sosial-iqtisadi və siyasi həyatda sərbəst iştirak edirik. Biz Azərbaycan mərkəzi hakimiyyətinin Qarabağın erməni əhalisi ilə dialoqunu alqışlayırıq. Bütün proseslər çərçivəsində Ermənistanı Qərbi azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnu tanımağa çağırırıq", - deyə "Qarabağa Dönüş" İB-nin sədr müavini Gülməmməd Məmmədov bildirib.
Qərbi Azərbaycan İcmasının təmsilçisi Pərvanə Vəliyeva qeyd edib ki, təmsil etdiyi icma ATƏT-in milli azlıqlar sahəsində mövcud mexanizminin potensialını dəyərləndirir.