“Vaşinqton artıq cinayətdən azaddır”

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda cinayət üzərində qələbə qazanıldığını bəyan edib.

“Vaşinqton artıq cinayətdən azaddır”
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda cinayət üzərində qələbə qazanıldığını bəyan edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Milli Qvardiya üzvləri ölkənin paytaxtı Vaşinqtonu 12 gün ərzində cinayətdən azad edib:

"Vaşinqton artıq cinayətdən azad zonadır".

Xatırladaq ki, avqustun 11-də D.Tramp artan cinayət halları ilə mübarizə üçün Milli Qvardiya dəstələrinin Vaşinqtona göndəriləcəyini açıqlamışdı.