Vaşinqton: Rus xalqının əziyyət çəkməsini istəmirik

ABŞ Rusiya ərazisində mümkün terror aktı ilə bağlı kəşfiyyat məlumatları alacağı təqdirdə yenidən Rusiyaya ötürəcək.

Vaşinqton: Rus xalqının əziyyət çəkməsini istəmirik
ABŞ Rusiya ərazisində mümkün terror aktı ilə bağlı kəşfiyyat məlumatları alacağı təqdirdə yenidən Rusiyaya ötürəcək.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Gələcəkdə bu hücumla ("Krokus Siti Holl" terrorçuları - red.) bağlı əldə etdiyimiz kəşfiyyat məlumatı olarsa, əlbəttə ki, bunu Rusiya hökumətinə təqdim edəcəyik, çünki biz terror hücumlarının uğurlu olmasını istəmirik. Biz rus xalqının əziyyət çəkməsini istəmirik", - o bildirib.

O qeyd edib ki, Vaşinqton martın əvvəlində Rusiya paytaxtında gözlənilən terror aktı ilə bağlı məlumatları Moskvaya ötürüb.

Miller həmçinin iddia edib ki, Kiyevin bu teraktla heç bir əlaqəsi yoxdur.