Vaşinqtonda helikopterlə toqquşmuş təyyarənin qara qutuları tapıldı

ABŞ-nin paytaxtı Vaşinqtonda hərbi helikopterlə toqquşma nəticəsində qəzaya uğramış "American Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qara qutuları tapılıb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "ABC News" mənbəyə istinadən məlumat yayıb.

"American Airlines"a məxsus təyyarənin qara qutuları kimi tanınan uçuş məlumatları qeydiyyatçısı və kabina səs qeydiyyatçısı tapılıb və Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının laboratoriyasına göndərilib", - telekanalın məlumatında qeyd olunub.