Vaşinqtondakı təyyarə qəzası terror aktı olub?

Vaşinqton yaxınlığındakı təyyarə qəzasında kriminal və terror təşkilatlarının əli yoxdur.

Vaşinqtondakı təyyarə qəzası terror aktı olub?
Vaşinqton yaxınlığındakı təyyarə qəzasında kriminal və terror təşkilatlarının əli yoxdur.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun yerli ofisindəki yüksək vəzifəli mənbə bildirib.

Qurum rəsmisi idarənin hər cür köməklik göstərməyə hazır olduğunu bildirib.

Vurğulanıb ki, büro daha sonra müvafiq açıqlama yayacaq.

Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.