Vatsapda daha bir YENİLİK - Bu dəfə videolar...

Vatsap növbəti funksiyasını təqdim edib.

Vatsapda daha bir YENİLİK - Bu dəfə videolar...
Vatsap növbəti funksiyasını təqdim edib.

meqale.com axşam.az-a istinadən bildirir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Bir neçə gün əvvəl fotoların HD keyfiyyətdə göndərilməsini istifadəyə verən mesencer indi isə bunu videolar üçün də tətbiq edib.

Bunun üçün videonu seçdikdən sonra pəncərənin yuxarı hissəsindəki HD düyməsini sıxmaq lazımdır.

Qeyd edək ki, qənaət üçün videonun SD keyfiyyətdə də göndərilməsi mesencerə əlavə olunacaq.