Vatsapdakı problem aradan qalxdı
"WhatsApp" mesencerinin işində yaranan problemlər aradan qalxıb.
meqale.com Trend-ə istinadən bildirir ki, mesencerin tətbiqində, mesajların göndərilməsində və alınmasında yaranmış problemlər qısa müddətdə aradan qaldırılıb.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində və Azərbaycanda "WhatsApp" mesencerinin işində problem yaranmışdı.
Populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı "WhatsApp"da problemlərin müşahidə edilməsi ilə bağlı dünya üzrə 30 minə yaxın şikayət daxil olduğunu bildirmişdi.
İstifadəçilərin əksəriyyəti mesajların göndərilməsində (56 faiz), tətbiqdə (41 faiz) və mesencerin veb-versiyasında (4 faiz) problemlərlə üzləşmişdilər.