Vətəndaşların DİQQƏTİNƏ! "Bu halda maaşınızın 70 %-i tutula bilər"
Bəzən vətəndaşlar əməkhaqlarından pul tutulduğu üçün narazılıq edir.
Məsələn, banka borcu olanlar və borcu birdəfəlik ödəyə bilməyənlərin maaşından pul tutula bilir. Yaxud aliment ödənişinin alınması üçün belə hallar müşahidə olunur.
Ümumiyyətlə, başqa hansı hallarda əməkhaqqından pul tutula bilər?
meqale.com xəbər verir ki, məsələ ilə bağlı sfera.az-a açıqlama verən vəkil Vamiq Şükürov deyib ki, bunun üçün ilk növbədə məhkəmə qətnaməsi olmalıdır:
"Bundan sonra qətnaməni icra edən məmur işlədiyiniz yerə sərəncam göndərir və pulun tutulmasını tələb edir. Belə hallarda borc məbləği qurtaranadək əməkhaqqından tutulma həyata keçirilir. İkinci halda isə şəxsin razılığı olmadan vergilər və sosial sığorta haqları əməkhaqqından tutulur. Həmçinin, iş yerinə ziyan vurmusunuzsa, bu, bir aylıq əməkhaqqının məbləğindən artıq deyilsə, maaşdan pul tutulması mümkündür".