Vəziyyət pisləşir: Britaniya vətəndaşlarına çağırış etdi
Böyük Britaniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İsraillə müharibə təhlükəsi fonunda istənilən reys üzrə Livanı tərk etməyə çağırıb.
meqale.com axar.az-a istinadən bildirir ki, nazirliyin yaydığı açıqlamada britaniyalıların Livandan potensial çıxış yollarının artıq məhdud və ya bağlı ola biləcəyi qeyd edilib.
Bildirilib ki, vətəndaşlar hələ də mövcud olan hər hansı kommersiya uçuşlarından istifadə edərək ölkədən çıxmalıdırlar.
Böyük Britaniya xarici işlər naziri Devid Lemmi gərginliyin yüksək olduğunu və vəziyyətin sürətlə pisləşə biləcəyini deyib.