Viktor Orban Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB
Macarıstanın Baş naziri Viktor Orban noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Viktor Orbanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.
----- 14:37
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana gəlir.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Baş nazir Orbanın ofisindən bildirilib.
"Baş nazir Viktor Orban İsveçrəyə səfərindən sonra Azərbaycan Prezidentinin dəvəti ilə cümə günü (25 noyabr) BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etmək üçün Bakıya səfərə yola düşüb.
Konfransdan əvvəl Baş nazir Orban Azərbaycan Prezidenti ilə ikitərəfli danışıqlar aparacaq" , - məlumatda deyilir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun