Vulkan püskürməsi 22 nəfərin həyatına son qoydu

İndoneziyanın Sumatra adasındakı Marapi dağında vulkanın püskürməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Vulkan püskürməsi 22 nəfərin həyatına son qoydu
İndoneziyanın Sumatra adasındakı Marapi dağında vulkanın püskürməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi məlumat yayıb.

Bildirilib ki, itkin düşən 10 nəfərdən 9-u ölü tapılıb və axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, daha əvvəl 13 nəfərin öldüyü barədə məlumat verilmişdi.