“WhatsApp” haker hücumundan qorunmaq üçün yeni funksiya hazırlayır
"WhatsApp" mesencerinin tərtibatçıları hesabın təhlükəsizliyini təkmilləşdirmək üçün yeni funksiya üzərində işləyirlər.
meqale.com oxuya istinadən bildirir ki, bu, e-poçt ünvanından istifadə edərək istifadəçini yoxlamaqla mümkün olacaq. Belə ki, "WhatsApp" hesabı yoxlamaq üçün istifadəçidən e-poçt ünvanı istəyəcək.
Bununla belə, yeni "WhatsApp" funksiyası istifadəçilər üçün istəyə bağlı olacaq. İnsanlar iki faktorlu autentifikasiya qurarkən e-poçt ünvanı əlavə etməkdən imtina edə biləcəklər.