Xaçatryan bir evdə 5 nəfəri yandırıb - VİDEO

Vaqif Xaçatryan bir evdə 5 nəfəri yandırıb.

Xaçatryan bir evdə 5 nəfəri yandırıb - VİDEO
Vaqif Xaçatryan bir evdə 5 nəfəri yandırıb.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində Meşəli hadisələri zamanı əsir düşmüş Fazil Hacıyev deyib.

"Yanımda yaxın qohumlarımı, qonşularımı öldürdülər. Onlara Vaqif özü rəhbərlik edirdi. Vaqif Xaçatryanı o vaxtdan tanıyıram. Qonşu Badara kəndində yaşayırdı, bizim yolumuz da oradan keçirdi, ona görə də onları tanıyırdıq", - deyə o əlavə edib.

Xatırladaq ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.