Xaçatryana hökm oxundu - VİDEO - FOTO

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası fasilədən sonra davam etdirilib.

meqale.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına hökm oxunub.

Hökumə əsasən, Vaqif Xaçatryan 15 il azadlıqdan məhrum edilib.

-------

14:18

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası fasilədən sonra davam etdirilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, iclasın davamında təqsirləndirilən şəxsin müdafiəçisi çıxış edib.

V.Xaçtryan məhkəmədə son sözünü deyib. O, soyqırımda iştirak etmədiyini iddia edib. Çıxışdan sonra məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib. Qeyd edək ki, iclasın birinci hissəsində dövlət ittihamçısı çıxış edərək V.Xaçaturyanın ağır cinayət törətdiyini diqqətə çatdırıb. O bildirib ki, məhkəmə iclasları zamanı V.Xaçatryana insani münasibət göstərilib və özünü müdafiəsi üçün ona lazımi şərait yaradılıb. Dövlət ittihamçısı qeyd edib ki, məhkəmə iclasında V.Xaçatryanın törətdiyi cinayət əməlləri sübuta yetirilib. O, məhkəmədən V.Xaçatryana 15 il azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edib.

------- 11:07 Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.