Xaçmazda körpünün uçması nəticəsində xəsarət alanların ADLARI

Xaçmazda Qudyalçay çayı üzərində yerləşən körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb.

Xaçmazda körpünün uçması nəticəsində xəsarət alanların ADLARI
Xaçmazda Qudyalçay çayı üzərində yerləşən körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, yaralananlar hadisə baş verən vaxt körpünün üzərində hərəkət edən avtomobildə olan şəxslərdir.

Avtomobilin çay dərəsinə düşməsi nəticəsində 1966-cı il təvəllüdlü Heybətov Əlisafa Abbas oğlu, 1984-cü il təvəllüdlü Qarayev Əfsun Əsgər oğlu və 1999-cu il təvəllüdlü Səfərəliyev Elvin Tofiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.