Xankəndidə 12 silah, 20 qumbara aşkarlandı

Ötən gün Xankəndi şəhərində 7 avtomat silahı, 2 tapança, 3 tüfəng, 20 qumbara, 55 patron darağı, 1440 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bu barədə meqale.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 8 tüfəng və 1005 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.