Xankəndidə bu universitetin açılması təklif edilir
Yaxın gələcəkdə Xankəndidə tək hüquq sahəsi üzrə deyil, eləcə də tarix üzrə ixtisasların tədrisi edilə biləcək ali təhsil müəssisələrinin olması yaxşı olardı.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" müzakirəsi zamanı deputat Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, Xocalı Azərbaycan mədəniyyətinin ən dərin qatıdır.