Xankəndidə “Halo Trust”un bazası aşkarlandı - FOTOlar
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən icra edilən humanitar minatəmizləmə fəaliyyətləri zamanı Xankəndi şəhəri ərazisində "Halo Trust" qeyri-hökumət təşkilatının bazası aşkar edilib.
meqale.com xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib.
Qed edilib ki, beynəlxalq humanitar qeyri-hökumət təşkilatı olan "Halo Trust"a məxsus bazada qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqları, detektorlara rast gəlinib.