Xankəndidə qondarma rejimin binasını atəşə tutdular - VİDEO

Ötən gecə Xankəndidə qondarma rejimin inzibati binasına silahlı hücum edilib.

Xankəndidə qondarma rejimin binasını atəşə tutdular - VİDEO
Ötən gecə Xankəndidə qondarma rejimin inzibati binasına silahlı hücum edilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Görüntülərdə hücum edən şəxslər Xankəndidə qondarma rejimin inzibati binasına bir neçə dəfə atəş açıblar.

Hücum nəticəsində ölən və yaralananların olması barədə dəqiq məlumat yoxdur.

Bu fakt bir daha Xankəndidə yaşayanların mövcud qondarma rejimdən təngə gəldiyini deməyə əsas verir. Daha əvvəldə Xankəndidə qondarma rejimə qarşı müxtəlif formalarda etirazlar mövcud idi. Görünən odur ki, artıq vəziyyət daha da kəskinləşib, etirazlar silahlı xarakter almağa başlayıb.