Xankəndidən çıxan erməni cütlüyə Ermənistanda “sürpriz”

2023-cü ilin 19-20 sentyabr tarixli antiterror əməliyyatlarından sonra Xankəndidə yaşamağa davam edən Sarkis Qalstyan bu yaxınlarda arvadı ilə birlikdə Ermənistana gedib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, Qalstyan Gorusda Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və nəzarətə götürülüb.

Erməni KİV Milli Təhlükəsizlik Xidməti ilə məlumatı dəqiqləşdirməyə çalışıb, lakin onlardan yazılı sorğu göndərmələri tələb olunub. Bundan başqa, Qalstyanın Ermənistanda yaşayan qohumları da məlumatı nə təkzib, nə də təsdiq ediblər.