“Xanlarovanı müzakirə edəcək miqyasda deyilsiniz”
Əməkdar artist Mehriban Xanlarova, son günlər sosial şəbəkələrdə bibisi, Xalq artisti Zeynəb Xanlarova haqda yazılanlara etiraz edib.
meqale.com olay-a istinadən xəbər verir ki, sənətçinin illər əvvəlki çıxışını paylaşaraq fikirlərini bildirib. Videoda Xanlarova Milli Məclisdə uşaq pulunun ləğv edilməsi ilə bağlı çıxış etdiyini iddia edənlərə cavab verib.
Bu çıxışla bibisinin deputat olduğu zamanlarda heç vaxt uşaq pulun kəsilməsinin tərəfdarı olmadığını qeyd edən aktrisa bunları yazıb:
"Son günlərdir Zeynəb Xanlarovanın AzTV-nin Yeni il konsertindəki çıxışını sosial şəbəkələrdə cahillər və sarı media üzvləri tənqid edərək, müzakirə obyektinə çevriblər. Həmin cahillərə demək istəyirəm ki, Zeynəb xanımın illər öncə verdiyi müsahibəyə diqqətlə qulaq asın! Sizin intellektual səviyyəniz dünya şöhrətli sənətkarın sənətini müzakirə edə biləcək çapda deyil! Zeynəb Xanlarovaya dil uzatmaq, Azərbaycan mədəniyyətinə, incəsənətinə dil uzatmaq deməkdir! Siz internetsiz dövrdə öz səsi ilə Azərbaycanı bütün dünyada təmsil edən və tanıdan fateh sənətkarı tənqid edirsiz? Gözlərinizi açın, başqa ölkələr öz sənətkarlarına necə hörmət qoyur görün!