Xarici liderlər Putinin iştirak edəcəyi Şərq İqtisadi Forumunu boykot edəcəklər

Xarici dövlətlərin rəhbərləri builki Şərq İqtisadi Forumunda (EEF-2023) iştirak etməkdən imtina ediblər.

Xarici liderlər Putinin iştirak edəcəyi Şərq İqtisadi Forumunu boykot edəcəklər
Xarici dövlətlərin rəhbərləri builki Şərq İqtisadi Forumunda (EEF-2023) iştirak etməkdən imtina ediblər.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Primorye vilayət administrasiyasından məlumat verilib.

Məlumata görə, forumda Rusiya prezidenti Vladimir Putinlə yanaşı iştirak edəcək ən yüksək vəzifəli xarici nümayəndə Laosun vitse-prezidenti Pani Yatxotu və Çin Xalq Respublikası Dövlət Şurasının baş nazir müavini Çjan Qoçin olacaq.

Qeyd edək ki, Şərq İqtisadi Forumu (EEF-2023) 10-13 sentyabr tarixlərində Rusiyanın Vladivostok şəhərində keçiriləcək. Putin sentyabrın 12-də forumun plenar iclasında iştirak edəcək.