"Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri açılacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti,Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası ​ və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Heydər Əliyev ili" çərçivəsində uşaqlarda ​vətənpərvərlik ​ duyğularının ​güclənməsinə, estetik zövqün, mənəvi tərbiyəninn formalaşmasına, milli-  mənəvi sərvətimizdən olan nağıllarımızın ​yaşadılmasına xidmət​ məqsədi ilə "Xəyallarımızda qalan nağıllar" adlı respublika uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri

19 dekabr  2023-cü  il saat 14:00

20 dekabr 2023-cü  il  saat 14:00

21 dekabr 2023-cü  il  saat 14:00

22 dekabr 2023-cü  il  saat 14:00  

tarixlərində növbəli şəkildə Xətai Sənət Mərkəzində açılacaq.

Mövzusu nağıl personajları və nağıl səhnələri olan​ müsabiqəyə respublikamızın müxtəlif ​ guşələrindən​ ​18 yaşa qədər​ yaradıcılıq qabiliyyəti olan 1500-ə ​qədər ​uşaq və yeniyetmə​1800-dən çox əsər göndərmiş  və 600-dən bir qədər çox əsər sərgilənmək üçün seçilmişdir. ​ ​ ​ ​ ​ ​ Seçilən əsərlər çərçivəli şəkildə, şəkilin arxasına müəllifin adı, soyadı, əlaqə nömrəsi qeyd edilməklə dekabr ayının 18-nə dək saat 11:00-18:00 arası Xətai Sənət  Mərkəzinin ikinci mərtəbəsinə təqdim etməlidirlər və təqdim olunan əsərlər  növbəli olaraq sərgilənəcək.

Sərginin katoloqunda  https://cloud.mail.ru/public/8N75/BWeUNBacx müəlliflərin adı, təmsil etdiyi yaradıcılıq müəssəsi və sərgilənəcək əsərlərin fotoları  təqdim olunub. Ən azı 4 iştirakçı ilə təmsil olunan  dərnək və yaradıcılıq müəssələri: Art schoool by Vəfa, 1 saylı UGİM, 108 saylı orta məktəb, 136 saylı orta məktəb, 147 saylı texniki humanitar lisey, 156 saylı orta məktəb, 180 saylı orta məktəb, 2 saylı İncəsənət Gimnaziyası, 2 saylı İncəsənət Məktəbi, 27 saylı məktəb, 281 saylı orta məktəb, 95 saylı orta məktəb, 3 saylı Respublika xüsusi internat məktəb, 3 saylı UİM, 4 saylı UİM, 5 saylı UİM, 55 saylı məktəb, Artschool Balakhanı, Fikrət Əmirov adına 6 saylı İncəsənət məktəbi, İmişli şəhər UİM, Qusar şəhər UİM, Lənkaran Digah kənd orta məktəbi, Lənkəran Şəhər 6 saylı məktəb-liseyi, Lənkəran Türkəkəran kənd orta məktəbi, Masallı şəhər İncəsənət Məktəbi, Maştağa Mədəniyyət Mərkəzi, Mehdiabad A.Y studio, Novxanı kənd 2 saylı orta məktəb, Sumqayıt 1 saylı UGİM, Sumqayıt şəhər Cəfər Cabbarlı adına Mədəniyyət Evi, Şamaxı şəhər İTM, Şirvan DRQ, Türkəkəran məktəbi, Novxanı kənd 1 saylı orta məktəb.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.)təşəkkürnamə ilə təltif olunacaq.