“Xəyanət etdi, oğlum evində öldü”- Əməkdar artistin xanımı nələr danışdı
Əməkdar artist Rəhman Rəhmanovun birinci həyat yoldaşı Ulduz Əhmədova onun haqqında danışıb.
meqale.com lente istinadən bildirir ki, qadın Rəhman Rəhmanovun onlara baxmadığını, xəyanət etdiyini söyləyib.
"Xəstəydim, evdə 4 uşaq ac, Rəhman isə evə gəlmirdi, bir gün onu qovdum. Mənə xəbər çatmışdı ki, Rəhman başqa qadının yanına gedir. O gedən getdi, bir də evə qayıtmadı. Amma mən onunla da, o xanımla da münasibətləri yaxşı saxlamağa çalışırdım, çünki ortada uşaqlar var idi. Rəhmanın üstündə o qadının hökmü var idi", - deyən Ulduz xanım böyük oğlunun uşaqkən ölməsindən də danışıb.
"Oğlum Rəhmangilə getdi. Orada yıxıldı, çınqıl şah damarını kəsmişdi, uşaq öldü. 2 oğlumu da sonralar itirdim, indi bir qızımız qalıb, o da atası ilə 5 ildir küsülüdür", - o bildirib.
Qeyd edək ki, Ulduz Əhmədova müğənni oğlu Emil ölərkən ona bu barədə xəbər verilməməsini, Emillə onun arasını Rəhman Rəhmanovun vurduğunu demişdi.