"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi xəstəxanaya yerləşdirildi - FOTO

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətin səhhətində qəfil yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətin səhhətində qəfil yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.

meqale.com xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Onun reanimasiyaya yerləşdirildiyi, ümumi durumunun normal, şüurunun yerində olduğu qeyd edilib. Buna baxmayaraq, mütəxəssis bir müddət reanimasiyada həkimlərin nəzarəti altında saxlanılacaq.