Xəzər TV-dəki davaya rəsmi reaksiya - Aparıcı və əməkdaşlar...
Audiovizual Şura "Xəzər" televiziyasının efirində ekspertlə sosial problemə görə studiyaya gəlmiş şikayətçi arasında baş verən davaya münasibət bildirib.
meqale.com xəbər verir ki, Şuradan "Report"un sorğusuna cavab olaraq qeyd olunub ki, məsələ ilə bağlı monitorinq aparılıb.
Bildirilib ki, nəticədə proqramın gedişatında xoşagəlməz halın yaşandığı təsdiqini tapıb:
"Amma aparıcı və əməkdaşlar vəziyyəti sakitləşdirməyə çalışıblar. Yayımçı tərəfindən qanunvericiliyin pozuntusu halı da baş verməyib. Şura tərəfindən yayımçıya belə halların baş verməməsi ilə bağlı zəruri tövsiyə verilib. Bənzər proqramlarda belə hallar baş verir. Amma əsas odur ki qanunvericilik pozuntusu baş verməsin. Sözügedən yayımçıya hər hansı cəza tətbiq edilə bilməz, çünki pozuntu halı aşkarlanmayıb".