"Xəzər TV"dən ŞOK "TRANSFERLƏR": Kanal kimləri geri qaytarır?

"Xəzər TV" bu il böyük transferlərlə yeni televiziya mövsümünü başlamaq niyyətindədir.  

"Xəzər TV" bu il böyük transferlərlə yeni televiziya mövsümünü başlamaq niyyətindədir.  

meqale.com 7news.az-a istinadən xəbər verir ki, artıq ATV-nin keçmiş aparıcısı Vüsalə Əlizadənin "Xəzər"ə keçdiyi təsdiqlənib. Onun hansı proqramla efirə çıxacağı hələ məlum deyil.

Qeyd edək ki, "7 canlı"nın eks aparıcısı sezonu yekunlaşdırmadan "Xəzər"ə aparılıb. Bununla da hazırda "Xəzər TV"nin efiri demək olar ki, keçmiş ATV simalarından ibarətdir: Mətanət Əliverdiyeva, Aytən Səfərova, Afaq Gəncəli, Lalə Azərtaş, İlkin Həsəni, İslam Mehrəliyev və digərləri. Hətta ATV ilə əməkdaşlıq edən bir çox aktyorlar da "Xəzər"lə son illər ərzində ekskluzivlik barədə müqavilə imzalayıblar.