Xəzərdə gəmilərin səyahət turu ləğv edildi - VİDEO
Suyun səviyyəsi azalır, gəmilərin hərəkəti çətinləşir.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki, Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyir ki, Xəzərdə suyun səviyyəsi müəyyən dövr ərzində artıb-azalır.
Hətta bəzi vaxtlarda okean səviyyəsindən 25 metr düşdüdüyü hallar da olub. Elə indi də Xəzərdə suyun səviyyəsi azalma dönəmindədir.
Bu səbəbdən dənizdə hərəkətdə olan gəmilər diqqətli olmalıdır.
Dənizkənarı Bulvar İdarəsindən isə bildirildi ki, ''Xəzər''in səviyyəsinin düşməsi ilə əlaqədar ötən ilin oktyabr ayından gəmilər müvəqqəti olaraq tura çıxmır. Gəmilərin texniki vəziyyətində heç bir problem yoxdur, hər il texniki baxışdan keçirlər. Bu, sırf dənizdə suyun azalması ilə bağlıdır.
Daha ətraflı videomaterialı təqdim edirik: