“Xocalı” gil yatağı satışa çıxarılır
"Xocalı" gil yatağı satışa çıxarılır.
meqale.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat yayıb.
Belə ki, 6 hektar ərazini əhatə edən və 100 000 kub metr həcmində olan yatağın istismar müddəti 5 il nəzərdə tutulub.
Hərracın başlanğıc qiyməti 10 000 manat, 10% beh məbləği isə 1000 manat təşkil edir.
Məlumata görə, hərrac 19 fevral 2025-ci il tarixində saat 11:00-da auksion formasında keçiriləcək.
Hərracda iştirak haqqı 540 manat müəyyənləşdirilib.
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.
N
Yatağın adı
LOT
Həcmi
Sahəsi
Faydalı qazıntının növü
İstismar müddəti
Yatağın koordinatı
Başlanğıc
qiyməti (manatla)
Beh məbləği
(10%)
(manatla)
İştirak haqqı (manatla)
1.
Xocalı
LOT-1
100 000 m3
6.0 ha
Gil
Beş il
650172,77
4419129,28
10 000
1000
540