Xocalı məktəbində son tamamlanma işləri bitir

Xocalı məktəbində son tamamlanma işləri bitir.

Xocalı məktəbində son tamamlanma işləri bitir
Xocalı məktəbində son tamamlanma işləri bitir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

"İnanırıq ki, növbəti tədris ilində Xocalı məktəbi işğaldan azad edilən ərazilərdə tədrisə başlayan növbəti məktəblərimizdən olacaq. Təxminən 130-150 şagird orada təhsil ala biləcək. Yerli əhalinin sayına uyğun orada yer olacaq. İşağldan azad edilən ərazilərdə məktəblərdə tikinti-təmir işləri davam edir. Bütün azad edilən ərazilərimizdəki tədris müəssisələrinin uçotu aparılıb. Hər biri Azərbaycan təhsil sisteminə uyğunlaşdırılır. O cümlədən Xankəndi şəhərindəki məktəblər də. Əhali oraya köçdükdən sonra həmin məktəblərdə tədris bərpa olunacaq", - deyə nazir əlavə edib.