Xocalıda DƏHŞƏT - 27 yaşlı kişi fəciəvi şəkildə öldü
Xocalıda kişini elektrik cərəyanı vurub.
meqale.com xəbər verir ki, 27 yaşlı Ağcabədi rayon sakini Abidov Amin İlqar oğlunu Xocalı rayonu ərazisində elektrik cərəyanı vurub.
Nəticədə o, hadisə yerində keçinib.
Faktla bağlı Xocalı rayon Prokurorluğunda araşdırma aparılır.