Xocavənddə dəhşətli qəza: Ölən və yaralananların kimliyi AÇIQLANDI - YENİLƏNİB - FOTO

09:41 Xəbər verildiyi kimi, dünən Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndindən keçən hissəsində Rahil Ağayevin idarə etdiyi betonvuran maşının aşması nəticəsində sürücü ağır xəsarət alıb, sərnişin Elçin Nəzərov ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qəzaya düşən hər iki şəxs Biləsuvar rayonunun Nəsimikənd kəndinin sakinləridir.

Hadisə nəticəsində dünyasını dəyişən 1976-cı il təvəllüdlü Elçin Nəzərov sürücünün qaynıdır.

Elçin Nəzərov Rahil Ağayevlə betonvuran maşında çalışıb.

------- 23 dekabr saat 11:04 Şuşa yolunda betonqarışdıran avtomobil idarəetmədən çıxaraq aşıb, ölən və yaralanan var.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə nəticəsində Biləsuvar rayon sakinləri, sürücü Rahil Ağayev yaralanıb, Elçin Nəzərov isə ölüb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.