Xocavənddə yük maşını aşdı: ölən var

Xocavənd rayonunda yük avtomobili aşıb, 44 yaşlı sürücü ölüb.

Xocavənddə yük maşını aşdı: ölən var
Xocavənd rayonunda yük avtomobili aşıb, 44 yaşlı sürücü ölüb.

meqale.com axar.az-a istinadən xəbər verir ki, hadisə rayonun Böyük Tağlar kəndində qeydə alınıb.

Abşeron rayon sakini Həsənov Adil Qardaşxan oğlu idarə etdiyi "Hova" markalı 99-XU-742 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə yük avtomobili aşıb. Sürücü 1979-cu il təvəllüdlü A.Həsənov hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.