Xoşqədəmdən qalmaqallı sözlər: “Nadir hallarda kişilərə yazığım gəlir” - VİDEO
Ərinə xidmət etməyən qadına görə canlı yayımda ortalıq qarışıb.
meqale.com yenisabah.az-a istinadən xəbər verir ki, hadisə "Səni Axtarırram" proqramında baş verib.
Belə ki, studiyaya gələn kişi arvadından gileylənib:
"Mən evlənməyimə peşmanam, nə qab yuyur, nə yemək bişirir, nə paltar yuyur. Mən paltarlarımı özüm yuyuram".
Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı eşitdiklərindən təəccübünü gizlədə bilməyib:
"Sən paltarlarını özün yuyursan? Mənim nadir hallarda kişilərə yazığım gəlir, amma bu kişiyə yazığım gəldi. Bu yazıq kişi paltarını da özü yuyur, ay qız niyə ağlayırsan?! Qadınsan qadınlığını elə də!".
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun