XPENG Brendi rəsmi olaraq artıq Azərbaycanda!

"Azərbaycanın ən böyük avtomobil idxalçılarından biri olaran "SR GroupCo" MMC  bu il XPENG brendinin Azərbaycan bazarına daxil olması haqqında saziş imzalayıb!

XPENG Brendi rəsmi olaraq artıq Azərbaycanda!
"Azərbaycanın ən böyük avtomobil idxalçılarından biri olaran "SR GroupCo" MMC  bu il XPENG brendinin Azərbaycan bazarına daxil olması haqqında saziş imzalayıb!

Bu saziş  hər iki şirkətin innovasiyaya, ekoloji təmizliyə və keyfiyyətə olan öhdəliyinin vurğulanmasına yönəlib.

Müqavilənin şərtlərinə əsasən, "SR Elektro motors" MMC XPENG brendinin regionda rəsmi distribütoru olacaq.

Bu saziş  hər iki şirkətin innovasiyaya, ekoloji təmizliyə və keyfiyyətə olan öhdəliyinin vurğulanmasına yönəlib.

Müqavilənin şərtlərinə əsasən, "SR Elektro motors" MMC XPENG brendinin regionda rəsmi distribütoru olacaq. Bu tərəfdaşlıq Azərbaycan istehlakçılarına elektrik mobilliyi sahəsində qabaqcıl texnologiyalara çıxış imkanı verəcək, həmçinin XPENG brendi bazarda yerli müştərilərin xüsusiyyətləri və tələbləri nəzərə alınmaqla, müvafiq modelləri təqdim edəcək.

Bu saziş ilə əlaqədar hər iki şirkətin nümayəndələri əməkdaşlığın uğurlu inkişafına və ümumi strateji hədəflərin həyata keçirilməsinə inamlarını ifadə ediblər.

"SR Elektro motors" MMC -in  baş direktoru Aynur Xankişiyeva XPENG ilə əməkdaşlıqdan məmnun olduqlarını, tərəfdaşlığın ölkədə elektrik mobilliyi seqmentinin inkişafı üçün yeni üfüqlər açdığını və Azərbaycana innovasiya, rahatlıq və ekoloji təmizlik gətirəcəyinə əmin olduqlarını qeyd etmişdir:

Qeyd edək ki, Azərbaycan bazarına premium  modellərin gətirilməsi nəzərdə tutulmuşdur. Brendə məxsus modellər tamamilə elektriklə çalışır. Fərqli dizaynı ilə seçilən avtomobillərin bazarda tezliklə seviləcəyi şübhəsizdir.  

Modellərin adları və xüsusiyyətləri təqdimat zamanı bəlli olacaq. Hələki, tam hansı modellərin gətiriləcəyini açıqlamasa da, yeni brendin ölkəyə möhtəşəm bir təqdimatla daxil olacağı gözlənilir.

Xatırladaq ki, "SR GROUP MMC" bir sıra fərqli sektorlar üzrə müxtəlif uğurlu biznes sahələrinə sahib olduğu kimi, avto sektorunda da 1996-cı ildən bu günədək davam edən böyük bir təcrübəyə malikdir. Bu sahədə sahib olduğu brendlərin Mercedes, Skoda, Changan, Leap Motor hər biri öz seqmentində bazarın liderlərindən biri kimi çıxış edir. Bazarda bu mövqeyini daha da möhkəmləndirməsi üçün şirkətin yeni brend olaraq XPENG-i ölkəyə gətirməsi seçimi təsadüfi də deyil.

Gələcəyin mobilliyini dəyişməyi hədəfləyən XPENG şirkəti 2014-cü ildə təsis edilmişdir. Yarandığı ilk gündən bəri yeniliklər edən şirkət, inteqrasiya olunmuş İnternet və Al texnologiyası ilə müəyyən edilmiş ağıllı mobilliyin inkişafında lider kimi özünü təsdiq etməkdə davam edir. Müvafiq olaraq 2020 və 2021-ci illərdə brend NYSE və HKEX-də ikili əsas siyahı statusu üzrə birinciliyi qazanmışdır.

____________________________________________________________________________

Ünvan: Babək Plaza, Babək Prospekti, Ələddin Quliyev küç. 11/31. AZ1025

Telefon: (+994 12) 488 05 70, (+994 12) 488 06 61

E-mail ünvanı: [email protected]