Xuraman Əlizadə həyat yoldaşından ayrılıb?

Əməkdar artist Xuraman Əlizadə ilə həyat yoldaşı Murad arasında bir müddətdir soyuqluq olduğu iddia olunur. Buna səbəb isə sənətçinin həyat yoldaşı ilə paylaşımlarını azaltması və ya heç görüntülənməməsi olub.

Xuraman Əlizadə həyat yoldaşından ayrılıb?
Əməkdar artist Xuraman Əlizadə ilə həyat yoldaşı Murad arasında bir müddətdir soyuqluq olduğu iddia olunur. Buna səbəb isə sənətçinin həyat yoldaşı ilə paylaşımlarını azaltması və ya heç görüntülənməməsi olub.

meqale.com xəbər verir ki,  son olaraq jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" layihəsində açıqlamaları ilə diqqət çəkən aktrisa həyat yoldaşından danışmaqdan qaçınıb:

"Ola bilər ki, gülməməyim həyatımla əlaqəlidir. TikTok-da mənə elə sözlər yazırlar ki... Pis mənada yox, yaxşı mənada. Elə hadisələrdən yazırlar ki, özüm şoka düşürəm. Mənim araşdırmaqla işim yoxdur. Allah özü qarşıma çıxarır. Mənə qarşı tələ quramları, xəyanət edənləri, üzdə başqa münasinətdə olub, arxada başqa olanları... Hamısını çıxarır. Heç kimi araşdırmıram, evimdəyəm. Allah sevir məni ki, gözün açılsın, Xuraman, gör, kimlə münasibət qurmusan. Gözüm açılır, amma ürəyimə elə bil pambıq qoyublar. Gözlərim şişir. Əlinin yanında ağlamaq istəmirəm, o yatandan sonra ağlayıram.  Elə məqamlar olur ki, arxaya çəkilirsən, deyirsən, əşşi çıx get".

X. Əlizadə P. Hüseynin "Hamıdan danışdınız, həyat yoldaşınızdan başqa" fikrinə bu cavabı verib:

"Onun haqqında nə danışım? Yenə də fikrimin üstündəyəm ki,  bir-iki günlük münasibətə görə ailə dağıtmaram. Xanımlar məni daş-qalaq etməsinlər. O vaxt ki, bəy başqa xanıml sevər, səni istəməz, evə gec gələr, səni alçaldar, ailəsi ilə əvvəlki münasibəti olmaz. Başqasını sevirsə, deyə bilmirsə ki, filankəsi sevirəm, onun yanında xoşbəxtəm. Onda qadın çemodanını götürüb gedə bilər. Yoxsa ailə gözəldirsə, ailədən gözəl heç nə yoxdur. Mən heç yerə getməmişəm, evimdəyəm. Heç kim heç yetə getməyib, ailəmdəyəm. Heç kimə deməzdim ki, bağışlayıram. Bağışlaya bilmirəm. İndiyə qədər hamını bağışlamışam, bundan sonra istəmirəm. İndiyə qədər hamını bağışlamışam, o qədər səbrli insanam ki, dünya qədər səbrim var. Bundan sonra yox. Bəsti... İndi rahatam, heç kimi bağışlamaq fikrim yoxdur. Niyə bağışlayım? Sən mənə bir dəfə etdin, iki, üç... Hamısını keçdim, bunlar yığıldı, oldu dağ. Məni axtarsınlar, itirməyinə peşman olsun".

"Müsahibələrinizin birində demisiniz ki, hər zaman Muradın yanında olacaqsınız" sözlərinə aktrisa bunları söyləyib: