Xan qızı Xurşidbanu Natəvan altı avqust 1832-ci ildə Şuşada dünyaya göz açıb. Atası Mehdiqulu xan ona anasının adını vermişdi. Xurşidbanu xanın yeganə övladı olduğu üçün onu tək inci mənasına gələn "Dürrü yekta" çağırardılar. Lakin son dövrdə aparılan araşdırmalar zamanı Xan qızının ailənin tək övladı olmaması məlum olub. Xurşidbanu Natəvana qədər Mehdiqulu xanın iki oğlu dünyayı gəlib, lakin onlar çox az yaşayıb.