Xüsusi Təyinatlılarımız Türkiyəyə gedir
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsi "Doğu Akdeniz-2023" beynəlxalq təlimində iştirak edəcək.
Müdafiə Nazirliyindən meqale.com-a verilən xəbərə görə, Azərbaycan və Türkiyə Respublikasının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti Marmaris şəhərində keçirilməsi planlaşdırılan "Doğu Akdeniz-2023" beynəlxalq təlimində iştirak etmək üçün qardaş ölkəyə səfər edib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun