Yadigar Muradovun vəziyyəti ağırdır

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti açıqlanıb.

Yadigar Muradovun vəziyyəti ağırdır
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti açıqlanıb.

Bu barədə meqale.com-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan məlumat verilib.

Bildirilib ki, əməkdar artistin vəziyyəti ağır olaraq qalır. 

Qeyd olunub ki, onun müalicəsi reanimasiya və intensiv terapiya şöbəsində davam edir.

Xatırladaq ki, Yadigar Muradov oktyabrın 4-də yüksək qan təzyiqi səbəbindən xəstəxanaya yerləşdirilib.