"Yalı çapkını"nın aktrisası Nəsrinin libasını təkrarladı - - FOTOlar
Xəbər verdiyimiz kimi, ötən gecə Türkiyədə "Altın kelebek" mükafatlandırma gecəsi baş tutub.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, gecəyə qatılanlar arasında aktrisa Öznur Serçeler geyimi ilə diqqət çəkib.
O, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin həmkarları Eda Ecenin toyuna geyindiyi libası təkrarlayıb.
Qeyd edək ki, Öznur hazırda "Yalı çapkını" serialında rol alır. Ekran işi gecədə "İlin ən yaxşı serialı" nominasiyasında birinci olub.