Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək - Şərt AÇIQLANDI
Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, həqiqətən övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, analoji dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdıracaq, habelə bu alətdən sui-istifadə imkanını aradan qaldıracaqdır.