Yamal “Real”la oyundan sonra formasını onunla dəyişdi - FOTO
"Barselona"nın vingeri Lamin Yamal La Liqanın 35-ci turunun evdə "Real"a 4:3 hesabı ilə qalib gəldikləri oyundan sonra Kataloniya klubunun sabiq hücumçusu Tyerri Anri ilə görüşüb.
Publika.az xəbər verir ki, 17 yaşlı ispaniyalı ulduz və 47 yaşlı fransız əfsanə stadionun tunelində görüşüblər. Onlar bir-birlərinə imzalı formalarını hədiyyə ediblər.